“Marsel” “Barselona”nın iki futbolçusuna elçi düşdü
25.07.2023 , 16:26

Fransanın “Marsel” klubu yay transfer pəncərəsində müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Korner.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Barselona”nın futbolçuları Kleman Lanqle və Erik Qarsiya ilə maraqlanır.
Tərəflər artıq danışıqlara başlayıblar.
22 yaşlı Qarsiya 2022/23 mövsümündə “Barselona”nın heyətində 32 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.
