“Fənərbağça”dan yeni transfer
02.07.2023 , 18:51

“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Reyncers”dən ayrılan Rayan Kenti heyətinə cəlb edib.
İngiltərəli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Rayan Kent “Reyncers”ə 2019-cu ilin yayında “Liverpul”dan keçmişdi.
