“Liverpul”dan 70 milyonluq transfer
02.07.2023 , 22:51

“Leypsiq”in yarımmüdafiəçisi Dominik Soboslai “Liverpul”a keçib.
Korner.az bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Premyer Liqa təmsilçisi bu transfer üçün Almaniya klubuna 70 milyon avro ödəyib.
Yarımmüdafiəçi yeni klubu ilə 5 illik sözləşmə imzalayıb. O, bu komandada 8 nömrəli formanı geyinəcək.
