Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun 2012-2013-cü il mövsümünün ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçirilib.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, mübarizəyə əsas mərhələdə başlayacaq təmsilçimiz "Araz", püşkün nəticəsinə uyğun olaraq, 6-cı qrupda yer alıb.
"Araz"ın rəqibləri Hollandiyanın "Endhoven", Macarıstanın "Györ" klubları və ilkin seçmə mərhələnin C qrupunu birinci yerdə başa vuracaq komanda olacaq.
İlkin mərhələnin C qrupunda EID Futsal (İrlandiya), Allstars W.N. (Avstriya), TÜFAD Ankara (Türkiyə) və Minerva Futsal Bern (İsveçrə) komandaları mübarizə aparacaq.
