“Everton”un xalı bərpa edildi
26.02.2024 , 23:38

“Everton”nun apelyasiya şikayətinə baxılıb.
Korner.az xəbər verir ki, maliyyə saxtakarlığına görə xalları silinən İngiltərə təmsilçisinin silinən 10 xalından 4-ü bərpa olunub.
Bu barədə qurum açıqlama yayıb.
Klub noyabr ayında maliyyə qaydalarını pozduğu üçün cəzalandırılmışdı.
