“Barselona”dan gedir?
26.02.2024 , 23:31

“Barselona”da ayrılıq yaşana bilər.
Korner.az xəbər verir ki, klubun oyunçusu Serxi Roberto mövsümün sonunda komandanı tərk edəcək.
31 yaşlı futbolçunun bitən müqaviləsi yenilənməyəcək.
İspan futbolçu komanda ilə 361 oyunda 19 qol vurub, 41 məhsuldar ötürmə edib.
