Ermənistan – Türkiyə oyunu ispanlara tapşırıldı
22.03.2023 , 14:23

Avropa çempionatının seçmə mərhələsində martın 25-də keçiriləcək Ermənistan – Türkiyə oyununun hakimləri açıqlanıb.
Korner.az xəbər verir ki, görüşü İspaniyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Xose Mariya Sançes olacaq. Ona yan xətt hakimləri Raul Kabanero və İniqro Prieto kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mario Melero Lopes yerinə yetirəcək.
Görüşə saat 21:00-da start veriləcək.
