Emeri ilə yeni müqavilə
23.04.2024 , 16:55
“Aston Villa”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, klub baş məşqçisi Unai Emeri ilə yeni müqavilə imzalayıb.
Mütəxəssislə sözləşmənin müddəti müddəti 2027-ci ilin yayına qədər uzadıb.
Qeyd edək ki, U.Emeri 2022-ci ildən İngiltərə klubunu çalışdırır. Onun rəhbərliyi altında “Aston Villa” Premyer Liqada 66 xalla 4-cü pillədə qərarlaşıb.
