big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Cüdo

Elmar Qasımov karyerasını başa vurdu

27.02.2023 , 14:53

Çoxsaylı beynəxalq yarışların qalibi və mükafatçısı Elmar Qasımov peşəkar cüdo karyerasını başa vurmağa qərar verib.

Korner.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Elmar Qasımov federasiyaya açıqlamasında bildirib:

“Cüdo mənim həyatımda mühüm rol oynayıb. Karyeram boyu hər zaman Möhtərəm Prezident İlham Əliyevin bütün idmançılara olduğu kimi, mən də diqqətini və qayğısını hiss etmişəm və buna görə də ölkə başçısına dərin minnətdarlığımı bildirirəm. Həmçinin, bu yolda məni müşaiyət edən məşqçilərimə –Fərhad Məmmədova, Əli Dəvrişova, Ağayar Axundzadəyə, Hacıağa Hacıəhmədova, Mövlud Mirəliyevə, o cümlədən əldə etdiyim nailiyyətlərdə mənə dəstək olan Azərbaycan Cüdo Federasiyasına, milli yığmanın tibbi və texniki heyətinə təşəkkürümü bildirirəm. Hazırda hədəflərim başqadır və diqqətimi yeni planlarıma yönəltmək istəyirəm”.

Elmar Qasımov idman karyerası müddətində çoxsaylı uğurlara imza atıb. O, 2016-cı il Rio Yay Olimpiya Oyunlarının gümüş medalçısı olmaqla yanaşı, 2009-cu ildə İrəvan şəhərində keçirilən gənclərin Avropa Çempionatında qızıl medal qazanaraq himnimizi səsləndirib və bayrağımızı qaldırıb. O, dünya çempionatının bürünc mükafatçısı və Avropa çempionatının üçqat mükafatçısıdır. İki dəfə nüfuzlu “Masters” turnirinin qalibi olmaqla yanaşı, Böyük Dəbilqə və Qran Pri yarışlarında ümumilikdə 18 medal qazanıb.

Azərbaycan Cüdo Federasiyası Elmar Qasımova cüdomuza göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar diləyib.

Son yazılar

To Top