Dadaşov oynadı, komandası uduzdu
27.02.2023 , 15:50

Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” İsveçrə çempionatında növbəti matçına çıxıb.
Korner.az xəbər verir ki, sözügedən komanda səfərdə “Lütsern”lə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsiylə başa çatıb – 1:0.
Renat da bu görüşdə iştirak edib. Start heyətdə meydana çıxan hücumçu 88 dəqiqədə əvəzlənib.
“Qrasshopper” çempionatda 22 turdan sonra 24 xalla 7-ci sıradadır.
