Dünyanın ən dəyərli klubları – SİYAHI
05.04.2023 , 23:53

Futbolçuların transfer qiymətinə görə dünyanın ən dəyərli klublarının siyahısı açıqlanıb.
Korner.az xəbər verir ki, “Transfermarkt” nəşrinin açıqladığı siyahıda 15 klub yer alıb.
İngiltərənin “Mançester Siti” klubu 1.05 milyard avro ilə siyahıda ilk pillədə yer alıb.
Siyahıda yer alan bütün klubların siyahısı belədir:
1. Mançester Siti (İngiltərə) – 1.05 milyard avro
2. Çelsi (İngiltərə) – 1.02 milyard avro
3. Bayern (Almaniya) – 979.70 milyon avro
4. Arsenal (İngiltərə) 890 milyon avro
5. PSJ (Fransa) – 882.55 milyon avro
6. Liverpul (İngiltərə) – 879 milyon avro
7. Real (İspaniya) – 860.50 milyon avro
8. Mançester Yunayted (İngiltərə) – 795.70 milyon avro
9. Barselona (İspaniya) – 767 milyon avro
10. Tottenhem (İngiltərə) – 680.30 milyon avro
11. Napoli (İtaliya) – 629 milyon avro
12. Borussiya (Dortmund, Almaniya) – 547.70 milyon avro
13. Milan (İtaliya) – 547.25 milyon avro
14. İnter (İtaliya) – 534.45 milyon avro
15. Nyukasl (İngiltərə) – 493.30 milyon avro
