Diniyevin komandasından məğlubiyyət
07.04.2024 , 11:46

Azərbaycan millisinin üzvü Coşqun Diniyevin də formasını geyindiyi “Ümraniyespor” Türkiyə 1-ci liqasında 29-cu tur oyununa çıxıb.
Korner.az xəbər verir ki, komanda evdə “Şanlıurfaspor”la qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.
Yeganə qolu 45+3-cü dəqiqədə Çakmak vurub.
Diniyev də bu oyunda iştirak edib. O, meydana start heyətdə daxil olub
və 60-ci dəqiqədə əvəzlənib.
“Ümraniyespor” hazırda turnir cədvəlində 34 xalla 11-cidir.
