40 il sonra kuboka sahib oldular – VİDEO
07.04.2024 , 11:06

İspaniya Kubokunun final matçı keçirilib.
Korner.az xəbər verir ki, həlledici qarşılaşmada “Atletik” “Malyorka” ilə üz-üzə gəlib.
Qarşılaşmanın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə “Atletik” rəqibinə 4:2 hesabı ilə qalib gələrək kuboka sahib çıxıb.
Komanda sonuncu dəfə bu kuboku 40 il əvvəl əldə etmişdi.
