Diniyevin komandasından ev qələbəsi
06.05.2024 , 11:18

Türkiyə birinci liqasında 33-cü turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, millimizin üzvü Coşqun Diniyevin çıxış etdiyi “Ümraniyespor” evdə “Erzurumspor”a üalib gəlib – 2:0.
Coşqun da bu matçda çıxış edib. O, meydana 85-ci dəqiqədə daxil olub.
“Ümraniyespor” hazırda 40 xalla turnir cədvəlində 12-ci pillədədir.
