“Mançester Yunayted” və “Everton” klubunun sabiq baş məşqçisi Devid Moyez İngiltərəyə qayıtmaq niyyətində deyil.
Korner.az-ın məlumatına görə, hazırda “Real Sosyedad” klubunun baş məşqçisi olan mütəxəssisə “Sanderlend” klubunun təklifini rədd edib.
“Mirror” dərgisi yazır ki, Moyes yenidən Premyer Liqada işləmək niyyətində deyil. O, İspaniyada qalmağı üstün tutub.