“Səbail”dən qələbə
05.10.2024 , 21:30

Azərbaycan Premyer Liqasında 9-cu turun oyunları davam edir.
Korner.az xəbər verir ki, bu gün 2 görüş keçirilib.
Günün ilk matçında “Səbail” “Şamaxı”nı qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.
Digər matçda isə “Sabah” “Araz-Naxçıvan”la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə bitib – 1:1.
Qeyd edək ki, turun digər oyunları oktyabrın 6-da keçiriləcək.
5 oktyabr
Misli Premyer Liqası, 9-cu tur
17:00. “Səbail” – “Şamaxı” – 2:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov
ASCO Arena.
19:30. “Sabah” – “Araz-Naxçıvan” – 1:1
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev
Bank Respublika Arena.
