1 ay meydanlardan uzaq qalacaq
04.10.2024 , 21:52

“Qalatasaray”ın zədəli futbolçusu Viktor Osimhenin son durumu məlum olub.
Korner.az xəbər verir ki, “Kasımpaşa” ilə matçda ayağından xəsarət alan hücumçunun zədəsi ciddidir.
25 yaşlı oyunçunun bir ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
