“Arsenal”dan ayrılır?
04.10.2024 , 22:47

“Arsenal”ın qanalı yarımmüdafiəçisi Tomas Partey müqaviləsini uzatmasa, 2025-ci ilin yayında azad agent olacaq.
Korner.az xəbər verir ki, artıq bəzi klublar təcrübəli futbolçu üçün hərəkətə keçib.
La Liqa komandaları – “Barselona” və “Atletiko Madrid”in Parteyin transferi üçün futbolçu ilə danışıqlara başlayacağı gözlənilir.
Qanalı yarımmüdafiəçi bu il “Arsenal”la 8 oyun keçirib və 1 qol vurub.
Tomas Partinin hazırda transfer dəyəri 18 milyon avrodur.
