“Neftçi”dən gedənlərin sayı artıb.
Korner.az-ın məlumatına görə, Denis Silva və Slavko Georgievskinin ardınca rəhbərlik daha iki oyunçu ilə yollarını ayırmağa qərar verib.
Belə ki, Fərid Quliyevlə Alessandro Viana da Silva komandadan kənarlaşdırılıb. Bu futbolçular gələn mövsüm “Neftçi”nin formasını geyinməyəcək. Klub rəhbərliyi heyətdən kənarlaşdırılan futbolçuların əvəzinə daha güclü oyunçular transfer etmək niyyətindədi.
Qeyd edək ki, Fərid Quliyev Bazodir Nasimovun yoxluğunda start heyətində meydana çıxsa da, ümidləri doğrultmurdu. Alessandro isə rəqabətdə Ruslan Əmircanova uduzaraq, start heyətindəki yerini itirmişdi.
fanat.az