big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Çox şeyləri demirik” – Şahin Diniyev

12.02.2023 , 20:16

“Türkiyədə baş vermiş hadisəyə görə həm klub, həm də öz adımdan türk xalqına başsağlığı verirəm. Allahdan ölənlərə rəhmət diləyirəm. Çox böyük acıdır. Boş vaxt tapdıqca Türkiyə kanallarını izləyirəm. Dağıntılar altından hər uşaq çıxanda sevinirəm. Hazırda futbol ikinci dərəcəyə keçib”.

Korner.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 22-ci turunda “Zirə”ni 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

O, komandasının layiqli qələbə qazandığını bildirib: “Hər şey istədiyimiz ssenaridə getdi. “Zirə” bu gün ən yaxşı futbol oynayan üç komandadan biridir. Onlar nə etdiyini bilirlər. Bizə çox çətin idi. Daha əvvəldən də zamana ehtiyacımız olduğunu demişdim. Bu, hələlik başlanğıcdır. Çatışmayan cəhətlərimiz var. Onlar üzərində işləməliyik. Layiqli qələbə qazandıq. Sona qədər mübarizə apardıq. Hər bir futbolçu oyun intizamına əməl etdi. Mübarizə aparanda nəticə gələcək. Bu oyunda xallar bizə lazım idi. Düşdüyümüz yer bizi sıxır. Sakitləşmək olmaz. Ümid edirəm ki, gələcək oyunlarda daha yaxşı olacaq”.

Diniyev növbəti turda qarşılaşacaqları “Neftçi” ilə oyundan da söz açıb: “Sabah”la matçda fərdi səhvlərdən qollar buraxdıq. İkinci hissədə göstərdiyimiz oyun ümid verdi. Komanda artırmalıdır. Hazırda “Qarabağ”, “Sabah” və “Zirə” çempionatın ən yaxşı futbol oynayan komandalarıdır. “Neftçi” hələ pik formasına çatmayıb. Bununla belə, bizi asan oyun gözləmir. Meydana uğurlu nəticə üçün çıxacağıq. Hər oyun bizim üçün final görüşüdür. Rahatlaşmağa, dayanmağa vaxtımız yoxdur”.

Diniyev “Səbail”in “Zirə” üzərində uzun müddətdən sonra qələbə qazanmasına belə münasibət bildirib: “Statistikanın əhəmiyyəti yoxdur. Hansı komanda ilə oynasan, qalib gələrkən yekunda 3 xal qazanırsan. Rəşad Sadıqov “Zirə”də yaxşı işlər görür. Bu gün meydanda istədiyini həyata keçirə bilmədilər. Burada futbolçularımın əməyi var. Heç kimlə prinsipiallığımız yoxdur”.

Mütəxəssis rəqibin oyununu yaxşı analiz etdiklərini qeyd edib: “Yaxşı olanda deyirik, yaxşı analiz etmişik. Pis olanda demirik ki, pis analiz etmişdik. Bu gün Rəşad Sadıqovu yox, “Zirə”ni analiz etmişdik. O, komandanın oyun üslubunu verən insandır. Çantakias meydanda böyük işlər görür. Onun olmaması da bizim üçün üstünlükdür. Hamidu Keytanı bağlamaq çox çətin idi, amma bacardıq. Rəhim Sadıxovun topu qəbul etməməsinə çalışırdıq, etdik. Futbol kiçik detallardan ibarətdir. Deməzdim ki, analizi çox yaxşı etdik. Alınmaya da bilərdi. Rəşad yaxşı baş məşqçidir, öz oyun üslubu, futbola baxışı var. Məncə, böyük nəticələri qarşıdadır”.

Diniyevin rəhbərliyi altında “Səbail” keçirdiyi 2 ev oyununda maksimum nəticə göstərib. Çalışdırıcı səfərdə eyni nəticəni göstərə bilməmələrinin səbəbini belə izah edib: “Səfərdə elə də təzyiq altında oynamırıq. Hər oyunda artım var. Çox şeyləri demək istəmirik. Bu gün çox qaçdıq. Oyundan-oyuna da artırırıq. Səfər və ya evdə oynamağımızdan asılı olmayaraq, artırırıq”.

O, “Səbail”in autsayderlər qrupunda yer almasına da toxunub: “Həmin mövqedə ola-ola oyuna çıxmaq çətindir. Transfer etmək də çətindir. Zərgər dəqiqliyi ilə transfer etməliyik. Üç oyunda bir dəfə rəhbərlik deməyib ki, pis oynadınız. Onlar hər şeyi anlyayır, bilirlər ki, zamana ehtiyac var. Xallar yaxındır, hər bir oyun sonuncudur. Hələ çox çalışmalıyıq. Bu o demək deyil ki, birdəfəlik sonuncu pillədən çıxdıq. Rəqiblərdən aralanmaq çox çətindir”.

Son yazılar

To Top