Milli komandaların yoldaşlıq görüşləri səbəbi ilə yaranmış fasilədən istifadə edən “Çelsi”nin müdafiəçisi Con Terri tətilini Birləşmiş Ərəb Əmirliyində keçirib.
Korner.az-ın məlumatına görə, veteran futbolçu Dubay şəhərindəki Palma adalarının üzərindən paraşütlə uçub.
“Necə də gözəl təcrübə və əsrarəngiz görüntüdür! Bu, arzularımdan biri idi”, – deyə 35 yaşlı müdafiəçi təəssüratını özünün instaqram səhifəsində yazıb.
