Futbol üzrə Azərbaycan birinci divizionunda 19-cu tura yekun vurulub.
Korner.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün baş tutan 3 oyunda aşağıdakı nəticələr qeydə alınıb.
Doğma meydanda “Şərurspor”u 3:2 hesabı ilə məğlub edən “Qaradağ Lökbatan” liderliyə yüksəlib.
25 mart
Birinci divizion, 19-cu tur
MOİK – “Neftçala” – 2:0
Qollar: Röyal Nəcəfov, 19 (1:0), Bayram Kərimov, 85 (2:0)
“Qaradağ Lökbatan” – “Şərurspor” – 3:2
Qollar: Adil Yusifov, 32 (0:1), 34 (0:2), Emin Mustafayev, 51 (1:2), Raul Yaqubzadə, 52 (2:2), Cavid Muxtarzadə, 70 (3:2)
“Zaqatala” – “Bakılı” – 3:1
Qollar: Oruc Balaşlı, 10 (1:0), Arzuman Nəsibov, 28 (2:0), Elnur Soltanlı, 46 (3:0), Asif Zeynalov, 90 (3:1)
