“Qarabağ” ilk oyunda qalib gəldi
11.07.2023 , 21:28

“Qarabağ” bu gün Çempionlar Liqasında 2023/2024 mövsümündə ilk oyununa çıxıb.
Korner.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv I təsnifat mərhələsinin birinci matçında Cəbəllütariqdə “Linkoln”la qarşılaşıb.
Görüş Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə bitib.
Komandalar arasındakı cavab görüşü iyulun 19-da Bakıda olacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
19:30 Linkoln (Cəbəllütariq) – Qarabağ – 1:2
Qollar: Kike Qomes, 25, Redon Cica, 59, Yassin Benzia, 90+4
Baş hakim: Vitaliys Spasyonnikovs
