“Sampdoriya”da yeni hücumçu
11.07.2023 , 19:57

“Sampdoriya” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, B Seriyası təmsilçisi italyan hücumçu Fabio Borinini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı forvardla müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
