ÇL-də həftənin futbolçusu
05.11.2021 , 18:15
Çempionlar Liqasında həftənin futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu “Bavariya”nın hücumçusu Robert Levandovskidir.
O, Pedro Qonçalves (“Sportinq”), Kriştiano Ronaldo (“Mançester Yunayted”) və Paulo Dibalanı (“Yuventus”) qabaqlayıb.
Qrup mərhələsinin 4-cü turunda “Bavariya”nın “Benfika”nı 5:2 hesabı ilə məğlub etdiyi görüşdə Levandovski het-trikə imza atıb.