Topaz Premyer Liqasının XXIII turunda keçirilən “Simurq” – “Sumqayıt” oyununda qalib müəyyənləşməyib.
Korner.az-ın məlumatına görə, “Simurq”un baş məşqçisi Georgi Çixradze oyundan sonra bunları deyib:
“Sürətli oyun oldu. Komandalar mübarizə apardılar. Bizim problem o idi ki, şanslardan istifadə edə bilmədik. Düzdür, qol buraxdıqdan sonra hesabı bərabərləşdirə bildik. Sadəcə, bərabərlik qolundan sonra nə qədər çalışsaq da, qələbə qolunu vura bilmədik”.
