“Rəqibə qarşı çox yaxşı oynadıq və layiq olduğumuz qələbəni qazandıq. Deyərdim ki, yarışın yaxşı komandalarından birinə qarşı sonadək mübarizə apardıq və yarımfinala yüksəldik". Korner.az-ın məlumatına görə, bu sözləri İtaliya millisinin baş məşqçisi Çezare Prandelli İngiltərə ilə oyundan sonra deyib.
İtaliyalı çalışdırıcı Avro-2012-nin 1/4 finalında qalib gəldikləri penalti seriyasında (4:2) futbolçularından razı qaldığını deyib.
"Qələbəni bir qədər gözləməli olsaq da, mərhələ adladıq. Hələlik bu qələbəni bayram edəcəyik”.