Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb. Korner.az– ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan Türkiyənin "Qalatasaray" klubunun rəqiblərinin kimliyinə də, aydınlıq gəlib.
A qrupu: "Porto" (Portuqaliya), "Dinamo" (Kiyev, Ukrayna), PSJ (Fransa), "Dinamo" (Zaqreb, Xorvatiya).
B qrupu: "Arsenal" (İngiltərə), "Şalke" (Almaniya), "Olimpiakos" (Yunanıstan), "Monpelye" (Fransa).
C qrupu: "Milan" (İtaliya), "Zenit" (Rusiya), "Anderlext" (Belçika), "Malaqa" (İspaniya).
D qrupu: "Real" (Madrid, İspaniya), "Mançester Siti" (İngiltərə), "Ayaks" (Hollandiya) , "Borussiya" (Dortmund, Almaniya).
E qrupu: "Çelsi" (İngiltərə), "Şaxtyor" (Donetsk, Ukrayna), "Yuventus" (İtaliya), "Nordsyelland" (Danimarka).
F qrupu: "Bavariya" (Almaniya), Valensiya" (İspaniya), "Lill" (Fransa), BATE (Belarus).
G qrupu: "Barselona" (İspaniya), "Benfika" (Portuqaliya), "Spartak" (Moskva, Rusiya), "Seltik" (Şotlandiya).
H qrupu: "Mançester Yunayted" (İngiltərə), "Braqa" (Portuqaliya), "Qalatasaray" (Türkiyə), ÇFR (Rumıniya).
