big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Avropa liqası

TARİX YAZILDI!!!! NEFTÇİ QRUP MƏRHƏLƏSİNDƏ!!!- oyunun mətn yayımı – YENİLƏNİB

30.08.2012 , 18:53

Avropa Liqasında "play-off" mərhələsinin cavab matçlarına yekun vurulub. Korner.az-ın məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edən "Neftçi" çətin APOEL sınağından üzüağ çıxmağı bacarıb.

Bakıdakı ilk görüşdə 1:1 hesablı heç-heçə edən "Neftçi" APOEL-i səfərdə vurduğu 3 qolla məğlub edərək ölkə futbolumuzun tarixinə daha bir sevinc bəxş edib – 3:1.

30 avqust

Avropa Liqasının play-off mərhələsinin cavab görüşü

22:00. APOEL (Kipr) – "Neftçi" (AZƏRBAYCAN) (İlk oyun – 1:1) 1:3 

Əziz azarkeşlər, qarşılaşmanın televiziya vasitəsilə canlı yayımlanmadığını nəzərə alaraq, oyunun mətn vasitəsilə yayımını diqqətinizə çatdıracağıq.

Oyunun başlanmasına 10 dəqiqə qalıb və GST stadium demək olar ki, tam dolub. Yalnız qapılardan birinin arxasında təxminən 70-100 tribuna boşdu.

Komandalar artıq meydandadılar.

"Neftçi" ilk hissəni APOEL-li ultrasların toplaşdığı tribunanın qarşısı oynayacaq.

1. Və oyun başladı. Stadionda qulaqbatırıcı səs-küy var.

4. "Neftçi" oyunu əks-hücumdan qurub. Rəqib ilk dəqiqələrdən fərqlənmək istəyir.

5. APOEL azarkeşlərinin dəstəyi sadəcə möhtəşəmdi… Bütün stadion xorla mahnı oxuyur…

8. Qapımız qarşısında ilk təhlükəli vəziyyət. Cinah asmasını başla qapıya göndərən rəqib oyunçunun zərbəsindən sonra top tirin xeyli üstündən keçir.

9. Oyunda ilk sarı vərəqə. APOEL-in futbolçusu Mario Budimir sarı vərəqə alır.

11. Vobayın təxminən 30 metrlik məsafədən yerunə  yetirdiyi cərimə zərbəsindən sonra top dirəyə dəyir!!! Bəxt!!!

15. Komandamız ağıllı müdafiə ilə kəskin əks-hücumlar qurur. Bu arada Ramos sarı vərəqəylə əzalandırılır.

17. Neftçi oyunda ikinci ən təhlükəli vəziyyəti yaradır. Kanales ara ötürməsindən sonra topu düzgün ram edə bilmədiyindən təkbətək çıxdığı rəqib qapıçı topa sahib çıxır.

20. QOLLLLLLLLLLLLL. Oturduğumuz yer meydançadan çox uzaqdı. Nəzərimcə, Cavid İmamverdiyev fərqləndi! Dəqiqləşdirmə edəcəyik! Soccerstand.com saytı qolu Rəşad Sadiqovun vurduğunu qeyd edib.

26. Cavid İmamverdiyevin uzaq məsafədən zərbəsindən sonra top tirin azaıq üstündən keçir. Qapıçı önə çıxdığından çərçivəyə gedəcək topu tuta bilməyəcəkdi.

28 VOBAYIN ZƏRBƏSİNDƏN SONRA TOP HAVADA MÖHTƏŞƏM QÖVS CIZARAQ TORA DÜŞDÜ – 2:0. Möhtəşəmsən Neftçi!!!!!!!!!!!!!!

32. Aleks Flavinyonun baş zərbəsi təhlükəli olsa da, yandan keçir. Bertuççi digər epizodda sarı vərəqə alır.

35. APOEL artıq həyasızlığa keçib sözün əsl mənasında. Zədələnmiş futbolçumuza yardım göstərilməsi üçün sadiqovun auta çıxardığı topu kiprlilər geri vermədilər. Neftçi sadəcə məhv edib rəqibini!
40. Cavid İmamverdiyev üçünü qolu vursa da, hakim ofsayd bayrağını qaldırır…

44. Rəqib fərqi azaldır. Stamenkoviç ilk zərbəni dəf etsə də, topa özünü yetriən digər oyunçu topu tora salır…  1:2

Birinci hissənin sona çatdı.

İkinci hissə başladı.

47. Rəqib ilk dəqiqələrdən kəskin hücumlara keçib…

50. APOEL feyr-pleyə tüpürüb! Elvin Yunuszadə zədələnib yerdə qalsa da, kiprlilər topu meydançadan çıxarmırlar!

54. Neftçi hələ ki düzgün müdafiə olunur.

55. Hələ ki mübarizə mərkəz uğrundadı. APOEL-in oyuna nəzarəti davam edir.

60. Flavinyo 3-cü qolu vurur!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

62. Vobay təxminən 2 dəqiqə zədəli halda yerdə uzanıb qalmışdı. Rəqib həyasızlığını davam etdirdi – topu auta çıxarmadılar.

63. Stamenkoviçə tərəf  partlayıcı maddələr atılır! Oyun dayandırılıb…

66. Meydanda elan verildikdən sonra hakim oyunu yenidən başlatdı.

68. Stamenkoviç künc zərbəsindən göndərilən topu tutmaq istəsə də səhvə yol verdi. Son anda Mitreski aşırma zərbə ilə təhlükəni sovuşdurur.

70. Meydana yenidən alışdırıcı maddələr atılır.

71. Cavidin yerinə Mirhüseyn daxil olur.

73. Rəqib sadəcə nə etdiyini bilmir. Feyr-pleyə tüpürür, oyun qura bilmir. NEFTÇİ bu gün çox əzəmətlidi!!!

75. Vobayın yerinə Araz meydana daxil olur.

83. Elvin Yuniszadə birbaşa qırmızı vərəqə ilə meydandan çıxarılır.

84. Oyun yenidən dayandırılıb. Meydana pirotexniki maddələr atılır.

85. Kanalesin yerinə meydana Tərlan Quliyev daxil olur.

87. Son dəqiqələr gedir. Hakim oyunun əsas vaxtına nə qədər əlavə olunduğunu göstərməyib. Güman ki, 5 dəqiqə civarında olacaq.

90. Oyunun sonuna 6 dəqiqə əlavə olunur.

94. Tarixin yazılmasına 2 dəqiqə qaldı!!! Stadiona oyunun əvvəlində gələnlərin heç yarısı da qalmayıb 15 dəqiqədi.

96. VƏ BU DA TARİX! ONU NEFTÇİ YAZDI! TƏBRİKLƏR, NEFTÇİ! SƏN BUNA LAYİQ İDİN! SƏNİN AZARKEŞİN, SƏNİN TƏMSİL ETDİYİN XALQ BUNA LAYİQ İDİ! TƏŞƏKKÜRLƏR BU SEVİNCİ YAŞATDIĞIN ÜÇÜN!

Son yazılar

To Top