“Çelsi”də yeni baş məşqçi postuna namizəd
26.02.2024 , 23:23

“Çelsi” yeni baş məşqçi axtarışı üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, klub mövsümün sonunda baş məşqçi Maurisio Poçettino ilə yollarını ayırmağı düşünür.
Bu barədə xarici KİV məlumat yayıb.
Xəbərə görə, “Çelsi” üçün əsas namizəd Roberto De Zerbidir.
