“İnter” Martinezi razı sala bilmir
26.02.2024 , 23:22

Argentinalı futbolçu Lutaro Martinez “İnter”in yeni müqavilə təklifinə “ok” verməyib.
Korner.az-ın məlumatına görə, təcrübəli hücumçu daha çox maaş istəyir. “Nerazzuri” futbolçu ilə ortaq məxrəcə gəlməkdə çətinlik çəkir.
“İnter” Martinezə illik 8 milyon avro təklif etsə də, argentinalı bu məbləği 10 milyona qaldırıb.
