“Çelsi” gənc oyunçu transfer edir
17.04.2024 , 15:44

“Çelsi” yeni transferə hazırlaşır.
Korner.az xəbər verir ki, Premyer Liqa klubu “Palmeyras”ın futbolçusu Estevao Villianı heyətinə cəlb etməyi planlaşdırır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Xəbərdə, London təmsilçisinin gənc oyunçu üçün 60 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Villian bu mövsüm 12 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
