“Liverpul”un yeni transfer planı
17.04.2024 , 14:17

“Liverpul” yeni transferə hazırlaşır.
Korner.az xəbər verir ki, klub “Real Sosyedad”ın futbolçusu Takefusa Kubonu heyətinə qatmaq istəyir.
İngiltərə təmsilçisi 22 yaşlı futbolçu üçün 60 milyon avro ödəməyə hazırdır.
Kobonun klubu ilə 2029-cu ilə qədər müqaviləsi var.
