İtaliyanın "Napoli" klubunda forma geyinən Edinson Kavani üçün "Çelsi" hərəkətə keçib.
Korner.az– ın məlumatına görə, uruqvaylı hücumçu "zadəgan" olmaq üçün həftəlik 150 min funt kimi astronomik bir rəqəm istəyir. Bu tələb qarşılansa, Edinson Teri, Lempard və Torres kimi yüksək maaşlı oyunçuların qarşısında ən çox pul alan futbolçu olacaq. Kavaninin meneceri London klubunun məsul şəxsləriylə görüşməyə başlayıb.
25 yaşındakı uruqvaylının "Yuventus”un diqqət mərkəzində olduğu da iddia edilir. "Napoli" ilə 2016-ci ilə qədər müqaviləsi olan Kavani keçən mövsüm bu klubun forması ilə 48 matça çıxmış və 33 qol vurmuşdu.
