Cəlal oynadı, komandası 1 xal qazandı
21.05.2024 , 11:27

Azərbaycanlı futbolçu Cəlal Hüseynovun şərəfini qoruduğu “Arda” Bolqarıstan çempionatında 34-cü turun oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, komanda doğma azarkeşləri önündə ÇSKA 1948 ilə qarşılaşıb. Görüş qolsuz bitib – 0:0.
Millimizin sabiq üzvü bu matçda start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.
