Türkiyə Super Liqasında 13-cü tura start verilib
Turun ilk matçında “Osmanlıspor” “Gənclərbirliyi”ni qəbul edib. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.
Çempion “Beşiktaş” ikinci oyun günündə “Yeni Malatyaspor”un qonağı olub və növbəti xal itkisi ilə üzləşib.
Ötən turda “Başakşəhər”ə böyük hesabla uduzan (1:5) “Qalatasaray” da şənbə günü meydana çıxıb. “Cim-bom” evdə “Alanyaspor”la qarşılaşıb və inamlı qələbəyə sevinib.
Türkiyə Super Liqası, 13-cü tur
24 noyabr
Osmanlıspor – Gənclərbirliyi 2:0
Qol: S.Gürler, 39; 79.
25 noyabr
Göztəpə – Akhisar 2:0
Qol: S.Şahin, 69. H.Akbunar, 79.
Yeni Malatyaspor – Beşiktaş 0:0
Qalatasaray – Alanyaspor 2:0
Qol: Y.Öztəkin, 33. Qomis, 88.
26 noyabr
Bursaspor – Karabükspor 2:1
Qol: Behiç, 12. Başdaş, 45+2 – Yatabare, 81.
Sivasspor – Trabzonspor 1:2
Qol: Muhammet Demir, 32 – Burak Yılmaz, 12. Okay Yokuşlu, 83.
17:30 Kasımpaşa – Konyaspor
20:30 Antalyaspor – Fənərbaxça
27 noyabr
21:00 Kayserispor – Başakşəhər