Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Türkiyə və Azərbaycan yığmaları arasında bu gün keçirilmiş oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib. Korner.az-ın məlumatına görə, çalışdırıcı komandamızın 2 cavabsız qolla qələbə qazandığı görüşü belə şərh edib:
“Türkiyə yığması üzərində qazandığımız bu qələbə futbolçuların özünəinamını bir qədər də artırdı. Finala çıxmaq üçün sonuncu oyunda da qələbə qazanmaq lazımdı. Qrupdakı son rəqibimiz fiziki cəhətdən güclü İran komandasıdı. İran yığması ilə qarşılaşmada da qalib gəlib finala çıxmağa çalışacağıq”.