Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş «Prezident kuboku» turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci oyununu keçirib.
Korner.az-ın məlumatına görə, türkiyəli həmyaşıdları ilə qarşılaşan futbolçularımız 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Elnur Cəfərov və Mahir Mədətov vurub.
Yığmamız «Prezident kuboku» turnirində aprelin 28-də keçirdiyi ilk oyunda Gürcüstan komandasına 1:0 hesabı ilə qalib gəlmişdi.
Futbolçularımız qrupda son oyununu mayın 1-də, Bakı vaxtı ilə saat 12:00-da İran komandasına qarşı keçirəcək.