Bu gün bilet al, klubun atributunu qazan
18.04.2023 , 12:06

Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Turan Tovuz” “Neftçi”ni qəbul edəcək.
Korner.az xəbər verir ki, bu gün saat 17:00-a dək “Turan Tovuz”un oyununa bilet alan hər kəsə klubun atributu hədiyyə olunacaq.
Bu barədə klubun feysbuk səhifəsi məlumat yayıb. Məlumatda, azarkeşlərin 2 AZN təşkil edən biletləri stadionun kassasından əldə edə biləcəkləri qeyd olunub.
Qeyd edək ki, “Turan Tovuz” – “Neftçi” oyunu sabah saat 16:00-da start götürəcək.
