La Liqa klubunda ayrılıq
18.04.2023 , 12:16

“Selta”da ayrılıq reallaşıb.
Korner.az xəbər verir ki, İspaniya klubu braziliyalı qapıçısı Dieqo Alveslə yollarını ayırıb.
Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
37 yaşlı qolkiperlə müqaviləyə xitam verilib. Buna təcrübəli əlcək sahibinin xroniki zədədən əziyyət çəkməsi səbəb olub.
O, daha öncə “Atletiko Mineyro”, “Almeriya”, “Valensiya” və “Flamenqo” kimi komandalarda çıxış edib.
