Bu mövsüm "Atletiko"da (Madrid) icarə əsasında çıxış edən və yaxşı oyun sərgiləyən Dieqo klubdan gələn il üçün yeni müqavilə təklifi almadığını bildirib.
Korner.az-ın məlumatına görə, brazilyalı futbolçu özü də Madriddə qalmaq istəyir. Dieqo verdiyi açıqlamasında: "Rəhbərlik mən və atamla görüşmək istəyirdi. Lakin hələ heç bir görüşmə baş tutmayıb". – ifadələrinə yer ayırıb.
Qeyd edək ki, "Volsburq"dan "Atletiko"ya icarə əsasında verilən futbolçu bu mövsüm çıxdığı 42 matçda 6 qol vurub.