Braziliya millisinin canlı
əfsanəsi Kafu “DÇ-2014″də favorit gördüyü komandanın adını açıqlayıb.
Korner.az-ın məlumatına görə,
“Sport FM”ə danışan Kafu Braziliya yığmasının mundialın əsas favoriti
olduğunu bildirib:
“Dünya çempionatının
favoriti kimdir? Əlbəttə, Braziliya. Mundial
ölkəmizdə keçirilir, buna görə də əsas favorit bizik. Argentina, Hollandiya və
Almaniya yığmaları da güclü komandalardır, ancaq Braziliya ilə müqayisə oluna
bilməzlər. Millimiz yaxşı komanda oyunu nümayiş etdirir, əgər kimsə formada
deyilsə, digərləri onu sığortalayır. Göründüyü kimi bu öz nəticəsini
verir”.
Qeyd edək ki, Braziliya millisi mundialın 1/4
finalında Kolumbiya yığması ilə qarşılaşacaq. Həmin oyun iyulun 4-də, Bakı
vaxtı ilə gecə saat 01:00-da başlayacaq.
