“Bundan əvvəlki yoxlama matçlarında da demişdim ki, mənim üçün əsas nəticə yox, komandanın oyun şəklidir. “Dinamo” kimi rəqiblə qarşılaşmada istədiyimiz futbolu nümayiş etdirə bildik”.
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev Buxarest "Dinamo"su ilə yoxlama oyunundan sonra deyib.
Çalışdırıcı qalib gəldikləri (2:0) görüş haqda klubun rəsmi saytına danışıb:
"Təbii ki, müəyyən çatışmazlıqlar da var. Onları aradan qaldırmağa çalışırıq. “Zestafoni” ilə görüşə qədər komanda tam hazır olacaq”.
