big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Avrokuboklar

Tuyqun Nadirov: “Xəzər Lənkəran” transfer naminə transfer etmək istəmir” – MÜSAHİBƏ

08.07.2012 , 11:34

“Xəzər Lənkəran”ın transfer siyahısında yetərincə məşhur adlar da var"

“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun "Korner.az" saytına müsahibəsi 

-Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran” “Nomme Kalyu” ilə oyuda lazımı nəticəni əldə edə bilmədi. Qalib gələ bilmədiyiniz oyun haqda fikirlərinizi bilmək istərdim. 

Hər kəs bu oyunu gördü. Komanda sona kimi vuruşdu. Sadəcə bəxtimiz gətirmədi. Çox istəyirdik qalib gəlib, azarkeşlərimizi sevindirək. Lakin alınmadı. İnanıram ki, cavab qarşılaşmasında  qalib gələrək azarkeşlərimizə sevinc bəxş edək.
 
– Bu oyundan sonra futbolçularla hər hansı söhbət olubmu? 

Bəli, olub. Futbolçular da ilk oyunu unudub cavab matçına hazırlaşırlar.

– “Xəzər Lənkəran”ın “Nomme Kalyu”ya qalib gələ bilməməsini transfer bazarındakı passivliyi ilə əlaqədar hesab etmək olarmı? 

Bu suala mən yox, yaxşı olar ki, Yunis bəy cavab versin. Çüni biz rəhbərlik olaraq öhdəmizə düşən işi görürük. Bizdə hər hansı bir transfer məhdudiyyəti yoxdu. Baş məşqçi kimi istəyirsə, onu transfer etməyə çalışırıq. Məşqçilər korpusu elə futbolçular da istəyir ki, komandaya güc qata bilsin. Ona görə də hər futbolçunu transfer etmək istəmirik. Biz transfer naminə transfer etmək istəmirik.

– Komanda cavab qarşılaşmasına necə hazırlaşır? 

Komanda da əhval-ruhiyə yüksək səviyyədədir. Hər şey qaydasındadı. Bütün heyətlə cavab qarşılaşmasına hazırlıq gedir. İnşallah, burdan yaxşı nəticə ilə vətənə dönmək istəyirik.
 
– Cavab qarşılaşmasının canlı yayımlanma məsələsi nə yerdə qalıb?
 
Biz bu oyunu canlı yayımlamaq istəyən kanallarımızı qarşı tərəflə əlaqələndirmişik. Danışıqlar gedir.  Biz klub olaraq vasitəçilik funksiyamızı yerinə yetiririk. Qalan məsələlər isə kanallarımızdan asılıdır.

– Komandaya yeni transferlər gözlənilirmi? 

Bir neçə futbolçu var ki, gözaltı etmişik. Bunlardan bir neçəsi Türkiyə Superliqasında çıxış edir. “Xəzər Lənkəran”ın transfer siyahısında yetərincə məşhur adlar da var. Ümumilikdə isə bir neçə variant nəzərdən keiçirilir.  Yeni transferlər “Nomme Kalyu” ilə oyundan sonra olacaq.

Səxavət QURBANOV

Son yazılar

To Top