big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Böyükağa Hacıyev: “Mən “Neftçi” üçün necə təhlükə ola bilərəm?” (MÜSAHİBƏ)

27.12.2013 , 12:40

“Bundan sonra kim “Neftçi”yə baş məşqçi gələcəksə, mənim atama rəhmət oxudacaq”

“Mən “Neftçi” üçün necə təhlükə ola bilərəm?”

Korner.az “Neftçi”nin prezidenti Sadıq Sadıqovun müşaviri Böyükağa Hacıyevin publika.az-a verdiyi müsahibəni sizə təqdim edir:

– Böyükağa müəllim, əhval-ruhiyyəniz necədir?

– Çox əla. Əvvəla bu 3-4 ayda Sadıq müəllim mənim üçün yaxşı şərait yaratdı. Demək olar ki, bir az futboldan uzaq düşdüm. Siz özünüz də mənim rəng-rufumdan, səsimdən hiss edərsiz əla olmağımı.

– Şükür, sağlamlığınız qaydasındadır, futbol havanız necədir?

– Futbolda hərdən belə pauzalara ehtiyac var. Kimsə futbol məşqçisini xoşbəxt adam sayırsa, səhv edir. Futbol məşqçisinin həyatı başdan-ayağa cəhənnəmi xatırladır. Məşqçi işləyən hər kəs elektrik stuluna bağlanmış kimidir. Həmişə həyəcan, həmişə gərginlik, həmişə ürək döyüntüləri…

– İndi özünüzü işləməyə hazır sayırsınız?

– Tamamilə

– Sadıq Sadıqovun müşaviri Böyükağa Hacıyevə başqa bir klubdan təklif gəlsə…

– Sizdən gizlətmirəm, təklif olarsa, birinci növbədə Sadıq Sadıqovun halallığını alacam. Dəfələrlə qeyd etmişəm, bir də təkrar edirəm, bu gün Azərbaycanda bu reytinqin sahibi olmağımın baiskarı Sadıq Sadıqovdur. Sadıq Sadıqov mənə inandı, “Neftçi”yə gətirdi, mən də onun qarşılığını verdim. Hansısa klubla işləməyim Sadıq Sadıqovdan asılıdır. Onun halallığı olmadan heç bir yana tərpənə bilmərəm.

– Böyükağa Hacıyevin müşavir kimi “Neftçi”də işi nədən ibarətdir?

– Mən klubda bir nəfər üçün danışıram, klubun prezidenti üçün… Lazım gəldikdə o, oyunlar haqqında məndən analiz tələb edir, mən də hazırlayıb gecə ilə təhvil verirəm. Hər bir futbolçu haqqında da məndən rəy soruşur.

– Müşavir kimi aldığınız məvacib, məşqçi kimi aldığınızdan nə qədər aşağıdır?

– Məvacib vacib məsələ deyil. Sadıq Sadıqovun mənə olan diqqəti məvacibdən qat-qat artıqdır.

– Böyükağa müəllim, Sadıq Sadıqovu çox vurğulayırız. Amma siz Sadıq Sadıqovun rəhbərliyi altında işləmədən öncə də Böyükağa Hacıyev idiniz axı…

– Bir şeyi unutmayın, “Neftçi” mənə Azərbaycan futbolunda ən vacib olan reytinqi verib. Bu klubun prezidenti də Sadıq Sadıqovdur.

– Futbol camiəsində belə bir fikir formalaşıb ki, Böyükağa Hacıyevin “Neftçi”də olması klub üçün təhlükədir.

– Mən “Neftçi” üçün necə təhlükə ola bilərəm? İndi “Neftçi” hər şeydən əvvəl Sadıq Sadıqovun adı ilə bağlıdır.

– Bəs deyirlər ki, “Neftç”i xalq komandasıdır? Siz isə onu Sadıq Sadıqovun komandası səviyyəsinə endirirsiniz.

– “Neftçi” çox böyük tarixə malik komandadır. Bu komanda xalqın komandasıdır.

– Onda nəyə görə klubun bütün rəsmiləri “Neftçi”ni Sadıq Sadıqovun komandası səviyyəsinə endirirlər?

– Sizə bir sual verim, nəyə görə Sadıq Sadıqov olmayanda “Neftçi”də nailiyyətlər yox idi?

– Rövnəq Abdullayevin vaxtında da “Neftçi”də nailiyyətlər var idi.

– Ancaq “Neftçi” heç vaxt Avropanın qrup mərhələsinə düşməmişdi.

– Belə çıxır ki, Böyükağa Hacıyevin Sadıq Sadıqov kimi prezidenti olmasaydı, o, uğuru qazana bilməzdi…

– Bəli, tamamilə haqlısınız.

– Onda siz zəif məşqçi olduğunuz etiraf edirsiz.

– Yəqin ki. Sadıq Sadıqovunu əməyini kiçiltmək olmaz.

Deyirik ki, Foqtsun işində nailiyyət var

– Avroliqanın qrupunda oynamağı qabardırsız, amma növbəti mövsüm “Neftçi”nin Avrokuboklarda fiaskosu onu göstərdi ki, komandanın Avroliqaya düşməsi manısların mövsümü mahnıları kimi bir şeydir. Strategiya düzgün olsaydı, bunun davamı gələrdi.

– Xeyr, bunu unutmayın ki, biz “Skanderbeu” ya təsadüf nəticəsində uduzduq. Bunun günahı məndə idi. Komanda təlim-məşq toplanışına mənim üzümdən 10 gün gec başladı. Bu 10 gün də öz sözünü dedi. Mən 24 günlük proqramı 14 gündə işləməyə məcbur oldum. Ən böyük səhvimiz də onda oldu ki, Kanalesi buraxdıq.

– Onun günahı kimdə oldu?

– Məndə

– Siz bütün günahları öz üzərinizə götürürsünüz?

– Bəli. Yadınızdan çıxmasın, böyük komandanın bütün işinə baş məşqçi cavabdehdir. Bu gün milli 9 xal yığır, deyirik ki, Foqtsun işində nailiyyət var.

– Bunu AFFA rəsmilərindən başqa heç kim demir.

– Gəlin açıq deyək ki, Azərbaycan futbolunda inkişaf var. İcazə verin əsaslandırım. Bu gün Azərbaycan futbolunda Elvin Yunuszadə, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Tərlan Quliyev, Elşən Abdullayev, Slavik Alxasov, Ruslan Qurbanov, Qara Qarayev, İlkin Qırtımov, Orxan Sadıqlı kimi istedadlar var. .

– Sadaladığınız istedadların şərəfini qoruduğu U-21 yığmasının biabırçı çıxışından xəbəriniz var? Avropada onlar futbolçu sayılmırlar.

– Mən də sizə bir sual verim, ötən il “Neftçi”nin oynadığı oyunla bu mövsüm sərgilədiyi oyun arasında fərq görürsünüz?

– Ötən mövsümlə müqayisədə fərq hiss olunur. Amma “Skanderbeu”ya uduzan “Neftçi” ilə indiki arasında heç bir fərq yoxdur.

– Yox, qarışdırmayın. Siz demək istəyirsiniz ki, Alban futbolu çox geri qalır? Alban futbolunun iki nümayəndəsi- Ansi Aqolli və Admir Telli neçə illərdir Azərbaycanın ən yaxşı klublarından biri olan “Qarabağ”ın şərəfini qoruyur.

– Biz heç vaxt deməmişik Alban futbolu geri qalır, biz demişik Azərbaycan futbolu geri qalır. Amma siz deyirsiniz Azərbaycan futbol inkişaf edir.

– Xeyr, inkişaf edir.

– İnkişaf varsa, onda Foqtsun da qazandığı uğurdu…

– Gəlin, belə də qəbul edək.

Vuran oğul dədəsinə baxmaz

– Baş məşqçi komandadan istefa verib klubda rəsmi vəzifə tutursa, onu yeni gələn məşqçinin başının üzərindən asılmış “Domokl qılıncı” hesab edirlər. İndi “Neftçi”də işləyirsiz, bu müddət ərzində Tərlan Əhmədov yola salınıb, Nazim Süleymanova qarşı da təzyiqlər başlayıb. Sizdən qaynaqlanan bu təzyiqlər “Neftçi”yə zərər vermir?

– Əvvəla, bu təzyiqlər məndən qaynaqlanmır. İkinci də, vuran oğul dədəsinə baxmaz. Mən “Neftçi”ni qəbul edəndə Arif Əsədovun qurduğu heyəti oynatdım. Bizim azərbaycanlı məşqçilərin ən zəif xüsusiyyəti qorxaq olmalarıdır. Mən düzgün strategiya ilə işləmişəm. Bu gün Azərbaycan futbolunun qaymağı olan Araz Abdullayev itib-batmışdı, onu mən çıxartdım üzə.

– Kimdən qorxurlar?

– Bilmirəm. Mən komandaya gələndə özümlə futbolçu gətirdim? Heç kimi gətirmədim. Birinci ili Arif Əsədovun qurduğu heyətlə oynadım. Bir məşqçinin yaxşı məşqçi olması üçün 4 böyük faktor lazımdır. Məşqçi tədrisi yaxşı bilməlidir, taktiki- texniki əvəzləmələri vaxtında seçməlidir, seleksiyada səhvə yol verməməlidir. Nəhayət, məşqçi güclü psixoloq olmalıdır. Hər quşu öz dilində dilləndirməlisən.

– Böyükağa müəllim qaymaq “Borrusiya”da oynayan Mxitaryandır, “Panionis”dən qaçan Araz Abdullayev deyil

– Mənə inanın, arxayın olun, sözü heç vaxt havaya atmıram. Yaxın gələcəkdə eşidərsiniz ki, Arazı kimlər istəyir.

– Siz əvvəllər də demişdiniz ki, “görərsiniz Flavinyonu kimlər istəyir”. Görmədik…

– Arazı da, Flavinyonu da Kurban Berdiyev istəyirdi.

– Bəs niyə buraxmadınız?

– Çünki bizim özümüzə lazım idi.

– Bizdə olan məlumata görə, Araz Yunanıstandan qayıdandan sonra Sadıq Sadıqovun ayağına qapanıb yalvarırmış ki məni bir də ora göndərməyin.

– Bu haqda sizə dəqiq bir söz deyə bilmərəm.

Mənim vicdanım təmizdir

– Böyükağa müəllim, Publika.Az-da dərc olunan, sizin etirazınıza səbəb olan yazıya toxunaq. Siz “Neftçi”dəki mənbəni soruşdunuz. “Neftçi”də mətbuata məlumat ötürən çox mənbə var?

– Bilmirəm. Bu gün hətta komandanın məşqlərilə də maraqlanmıram. İş rejimimi elə qururam ki, futbolçular bazada olanda mən orada olmayım. Müqəddəs “Qurani Kərim”ə and içirəm ki, futbolçularla təmasa girmirəm.

– Mən sizə “Neftçi”dəki mənbəni açıqlaya bilərəm.

– Buyurun

– Bu, Böyükağa Hacıyevdir.

– (bir qədər duruxdu) … Əəə, budur mənbə?!

– Böyükağa Hacıyevin mətbuata verdiyi müsahibədən sonra əmin olduq ki, o, məşqçiyə təzyiq edir. Mətbuata verdiyiniz müsahibədə demisiniz ki, Nazim Süleymanovun çalışdırdığı “Neftçi” Böyükağa Hacıyevin çalışdırdığı komanda deyil. Demisiniz ki, komandada enerji, emosiya təravət yoxdur. “Neftçi”nin keçmiş baş məşqçisinin hazırkı çalışdırıcının işinə qiymət verməsi nə dərəcədə peşəkar yanaşmadır? Bu, Nazim Süleymanova qarşı təzyiq deyilmi?

– Bu gün mənim vicdanım təmizdir. Gəlin haqqa danışaq. Bəlkə bu gün komanda meydana çıxanda əvvəl gördüyünüz motivasiyanı hiss edirsiniz?

– Bunu biz jurnalistlər deyə, müqayisə apara bilərik. . Amma Böyükağa Hacıyevin bunu deməsi düzgün deyil.

– Əgər söz azadlığımız olmasa hansı demokratiyadan danışa bilərik? Siz başqa prizmadan yanaşıb mənə dediniz ki, “Neftçi”dəki mənbə Böyükağa Hacıyevdir. Amma siz mənə başqa cür söz vermişdiniz. Demişdiniz ki, açıqlayacam mənbəni. Mən bilirəm ki, sizin o mənbəniz var, ancaq siz fırlayıb- dolayıb elə yerdən mövzuya gəlib çıxdınız ki… Dediniz mənbə mənəm.

Xeyir ola, o vuranda su çıxır, mən vuranda qan çıxır?

– Siz müsahibədə “Neftçi”yə qayıtmaq istəyinizi açıq-aşkar büruzə vermişiniz. Bu təzyiq deyil? Peşəkar məşqçilər bu tip suallara belə cavab verirlər: “Hazırda komandanın məşqçisi var, mənim bu suala cavab verməyim düzgün deyil”.

– Bilirsiniz niyə Böyükağa Hacıyevəm? O məşqçilər şablon danışır, mən başqa cür danışıram.

– Etiraf edirsiniz ki, gözünüz baş məşqçi postundadır?

– Gözüm o komandada qalsaydı istefa verib getməzdim. Mən özüm istefa verib getmişəm.

– Sizi istefa verməyə məcbur edən səbəblər var idi axı…

– Xeyr, mən verdiyim nəticələrin qabağında bundan sonra 5 il də oradan getməsəydim, Sadıq müəllim mənə “get” deməzdi.

– Eyni məntiqlə yanaşsaq, Arif Əsədov da getməyə bilərdi, çempion olmuşdu.

– Yadınıza gəlirsə, “Neftçi”ni götürəndə dedim ki, çempion komanda təhvil almışam. Çempion olmasam gedəcəm.

– Siz nə bilirsiniz Nazim Süleymanov komandanı çempion kimi təhvil verməyəcək?

– Görünən kəndə bələdçi lazım deyil.

– Əminsiniz ki, olmayacaq?

– Allah eləsin olsun. Amma bu gedişlə, bu nəticələrlə mümkün olan iş deyil. Qaldı ki, Nazim Süleymanova , o zaman gərək mən əl qatıb özümü döyəm.

– Niyə?

– Gedirəm Kiprə, görürəm Nazim Süleymanov orda, gəlirəm “İnter”lə oyuna Nazim Süleymanov orda.

– Onun vəzifə borcudur.

– Nə borcu?

– Millinin baş məşqçisinin köməkçisi idi…

– Həmin müddətdə Nazim Süleymanova dedim ki, Araz Abdullayevi aparın, artıq yetişib. 6 ay yaxına buraxmadı.

– Özünüz də bilirsiniz ki, Nazim Süleymanovun yazdığı siyahını Foqts cırıb atır, Elxan Məmmədovun siyahısı əsasında heyəti qurur. Nazim Süleymanovun “Neftçi”nin oyunlarına baxması məsələsində düzgün yanaşmaya əsaslanmadınız.

– Xeyir ola, o vuranda su çıxır, mən vuranda qan çıxır? Mən beş əqidənin sahibi ola bilmərəm, mənim bir əqidəm var. Özüm özümlə fəxr edirəm.

Sicciliya mafiyasını gətirmişik Azərbaycana

– Tərlan Əhmədovun “Neftçi”dən gedişi ərəfəsində, belə bir söz-söhbət yayıldı ki, Böyükağa Hacıyevin komandaya qayıtmaq şansı var. Həmin vaxt klubun vitse-prezidenti Tahir Süleymanov bu məsələyə belə münasibət bildirmişdi: ““Neftçi”dən gedənlər bir də geri qayıtmırlar”.

– Tahir Süleymanov nə deyir, özü bilər. Mənim bu gün “Neftçi”yə qayıtmaq fikirim yoxdur. Nazim Süleymanov sayılıb-seçilən məşqçi deyil? Bu əsası heç kimə verməsin.

– Nazim Süleymanovdan sonra Böyükağa Hacıyevin “Neftçi”yə qayıtmaq ehtimalı nə qədərdir?

– Qayıtmağı fikirləşmirəm. Ola bilər, bir iki günə eşidərsiniz ki, Böyükağa Hacıyev getdi.

– Əvvəllər də demişdiniz ki, gedəcəm…

– Niyə tələsirsiniz, mən qaçaraqda deyiləm. Onu bilirəm ki, bundan sonra kim “Neftçi”yə baş məşqçi gələcəksə, mənim atama rəhmət oxudacaq. O nəticələri ki, mən qoyub getmişəm, istəyərəm bir azərbaycanlı məşqçi onu təkrarlasın. Avropanın qrup mərhələsi, çempionluq və kubok .

– Onun ardınca da fiasko…

– Siz lap bizim bəzi adamlar kimi danışırsınız. Yoldaşlıq görüşlərini ud, çempionatı ud, ölkə kubokunu ud, Avropanı ud. O zaman gedib “Barselona”da işləyərəm də. Kapellonun gözəl bir sözü var, “böyük işdə kiçik nüanslar olmur, kiçik nüanslar birləşib böyük işin vəhdətini təşkil edir”. Futbol oyun olduğu qədər də elmdir. Futbolda məşqçi işləmək üçün tək futbol oynatmaq azdır. Tarixi də, ədəbiyyatı da həndəsəni də, cəbri də bilməlisən.

– Kazbek Tuayev deyib ki, “Neftçi”də mafiya var

– Nə mafiyası?

– Braziliya mafiyası

– Kazbek Tuayev kiminsə, nəyinsə xatirinə danışmasın. Mafiya kimdir? Flavinyo? Aydan arı, sudan durudur. Ramos? Bertuççi? O komandada heç bir mafiyadan söz gedə bilməz. Yox bir, Sicciliya mafiyasını gətirmişik Azərbaycana- “Neftçi”nin içinə.

– Azərbaycan komandalarını bir də Avrokubokların qrupunda nə vaxt görəcəyik?

– İnşallah Nazim Süleymanov bu il komandanı çempion edər və 2014-cü ildə də qrup mərhələsinə gətirib çıxardar.

– Buna sevinəcəksiniz?

– İnanın mənə, iki əlimi qaldırıb dəstəkləyəcəm.

– Səmimiyyətinizə inanırıq.

– Sağ olun.

Son yazılar

To Top