Azərbaycan Premyer Liqasının V turu çərçivəsində bu gün keçiriləcək "Neftçi" – "Xəzər Lənkəran" qarşılaşmasının start fitinin səslənməsinə hələ bir saata yaxın vaxt qalsa da, artıq azarkeşlər arasında ilk çaxnaşmalar müşahidə edilib.
Korner.az-ın məlumatına görə, iki klubun fanatları arasında başlayan söyüşmə "Neftçi"nin 3 fanatının polis tərəfindən saxlanılmasıyla nəticələnib.
Onlardan birinin "Forza Neftçi" fan-klubunun rəhbəri olduğu bildirilir.
