“Borussiya”dan Hummels qərarı
02.05.2024 , 15:23

“Borussiya” (Dortmund) futbolçusu Mats Hummelslə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, Dortmund təmsilçisi 35 yaşlı oyunçu ilə müqaviləni uzadacaq.
Klub rəhbərliyi futbolçudan razıdır və onun komandada qalmasını istəyir.
Tərəflər arasında danışıqların yaxın zamanda baş tutacağı gözlənilur.
Qeyd edək ki, Hummels bu mövsüm Bundesliqada 24 oyuna çıxıb, 3 qol vurub.
