“Borussiya”da ciddi itki
06.02.2020 , 16:50

Almaniya Kubokunun 1/8 finalında “Verder”ə 2:3 hesabı ilə uduzan “Borussiya” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, komandanın kapitanı Marko Roys 4 həftəlik sıradan çıxıb. Hücumçu Çempionlar Liqasının 1/8 finalında PSJ ilə keçiriləcək hər iki oyunu buraxacaq.
“Borussiya”nın PSJ ilə ilk matçı fevralın 18-i, cavab görüşü isə martın 11-də baş tutacaq.
