big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Bir incə Şərq məsələsi (YAZI)

14.06.2014 , 19:20

Bura Şərqdir. Burada mümkünsüz heç nə yoxdur! Çərşənbə günü bir daha əmin oldum ki, Egey dənizindən sağda yerləşən torpaqlarda mümkünsüz heç nə yoxdur. Şərqdə və ya başqa ifadə ilə, “möcüzələr diyarı”ında gözlənilməz heç nə yoxdur, burada gözlənilməzlər də gözlənilən ola bilər. İngilis, italyan və türk mətbuatına dəfələrlə müsahibə verib, “getmirəm” deyən, gələcək planları haqda danışan Mançininin çərşənbə axşamı qalacağının, çərşənbə günü isə getdiyinin elan olunması kimi. 

Mançini niyə getdi?

“Qalatasaray” mövsümün müəyyən dövrlərində zəif təsir bağışlasa da, ümumi olaraq Mançini üçün uğursuz saya bilmərik. Türkiyə kubokunu qazandı, Çempionlar Liqasına birbaşa vəsiqə əldə etdi, qrupdan çıxdı, “Türk Telekom Arena”da “Fənər”i məğlub edildi. Başqa sözlə, italyan məşqçi rəhbərliyin onun qarşısına qoyduğu minimum vəzifəni yerinə yetirdi. Üstəlik, nəzərə alaq ki, Mançini klubda ilk mövsümünü keçirirdi və “Cim-Bom” çempionatdakı əsas rəqibləri olan “Fənərbağça”dan 14, “Beşiktaş”dan isə 19 oyun çox keçirmişdi. Belə olduği təqdirdə italyanın hər hansı uğursuzluğa görə klubdan göndərilmədiyi aydındır. Belədə ağıla gələn ilk variant tərəflərin transfer məsələlərində razılığa gələ bilməməsidir. Ünal Aysalı dinləyək. “Mançini bizdən transferlərə çox pul istəyir. Bizim maddi imkanlarımız onun tələblərini ödəyəcək səviyyədə deyil.” Bunun quru bəhanədən başqa bir şey olmadığı gün kimi aydındır. Axı hələ qışda rəhbərlik gəncləşdirmə adı ilə Mançininin icazəsini almadan heyəti 19-25 yaş arası oyunçularla doldurmuşdu. Nədəndirsə, futbolu inkişaf etməmiş, bir qədər də dəqiqləşdirsək Şərq ölkələrində “gəncləşdirmə” sözünün əsl mahiyyətini anlamırlar. Az-çox perspektiv vəd edən oyunçuları topdan ucuz qiymətə kluba dəvət edib, onlara start heyətində yer vermək nə vaxtdan gəncləşdirmə olub? Mançininin razılığı olmadan rəhbərliyin kluba oyunçu dəvət etməsi bir səhv, həmin oyunçulara strart heyətində yer verib Robertodan nəticə tələb etmək ikinci səhv. Ən axırda isə Mançinin təzyiqlərə tab gətirməyərək “Sivasspor” maçında (1:2) əsas heyətdə sırf yeni transferlərə şans vermiş, nəticədə isə məğlubiyyət qaçılmaz olmuşdu. Uşaq futbolunun inkişafını bu qədər çox istəyirsinizsə, normal altyapı qurub, onu mərhələ-mərhələ inkişaf etdirin! Gəncləşdirmə siyasəti bir-iki ayın işi deyil axı. Əslində məsələnin məğzi tam başqadır. Mançinini adadakı Robinzon kimi. “Qalatasaray”da tək qalmışdı. Nə azarkeşlər, nə də idarə heyətinin üzvləri onu dəstəkləyirdilər. Azarkeşlərin etirazını hardasa başa düşmək olar. Çünki onlar düşünürlər ki, Mançini ancaq pul qazanmağa gəlib və Terimin əksinə, komandanın məğlubiyyəti ona elə də pis təsir etmir. Amma Robertonun sırf buna görə klubdan ayrılmasına inanmaq gülünc olar. Sinyorun rəhbəlikdən lazımi dəstəyi görmədiyindən ona çatmalı olan təzminatdan da imtina etdiyi gün kimi aydındır. Görün bir-birindən nə qədər beziblər ki, müqaviləni birinci pozan tərəfin ödəməli olduğu təzminat da yaddan çıxıb. Halbuki Mançininin istefasından bir gün öncə nə rəhbərlik, nə də məşqçi bu fikirləri yaxına buraxırdı. 

Yerinə kim gəlsin?

Yeni mövsümə hələ iki ay vaxt olsa da, bu, rahatlaşmağa əsas vermir. Çünki yeni gələn məşqçi həm kluba öyrəşməli, həm də növbəti mövsüm üçün hazırlıqlar görməlidir. Həmçinin nəzərə alaq ki, “Fənərbağça” cəzanın təxirə salınması üçün UEFA-ya şikayət edib. Şikayət təmin olunacağı halda, “Qalatasaray” üçün mövsüm gözləniləndən erkən başlaya bilər. Türkiyə mətbuatı vakant posta üç əsas namizəd göstərir: Mustafa Dənizli, Mirça Luçesku və Murat Yakın.

Mustafa Dənizliyə hələ ötən ilin dekabrında “Cim-Bom”da idman direktoru işləmək təklif olunmuş, amma o, “Xəzər Lənkəran”ı seçmişdi. Üstəlik, türkiyəli həmkarlarımıza verdiyi açıqlamalarda da “Qalatasaray” rəhbərliyi ilə heç bir danışıqlar aparmadığını bəyan etmişdi. Belədə Dənizli variantınının üzərindən qalın xətt çəkilir. Digər namizəd isə türk əsilli isveçrəli mütəxəssis Murat Yakındır. Artıq onun İstanbula gəldiyi və rəhbərliklə danışıqlar masası arxasına keçdiyi bildirilir. Əslinə qalsa, Murat Yakın seçimi məncə səhv addım olardı. Axı onsuzda azarkeşlər klubdan incik düşüblər. Belədə Murat Yakının bu posta gətirilməsi azarkeşlərlə rəhbərliyin münasibətlərinə ağır zərbə olacaq. Çünki Murat Yakın türk əsilli olmasına baxmayaraq, İsveçrə millisinini seçib və Türkiyədə elə də sevilmir. Ən son və hazırkı vəziyyətdə ən real namizəd Mirça Luçeskudur. Rumın məşqçi Fatih Terimdən sonra klub tarixində iz qoymuş və azarkeşlər tərəfindən sevilən tək-tük şəxslərdəndir. Nəzərə alaq ki, Ukraynada hazırda gərgin siyasi durum hökm sürür. Belədə Luçeskununun “hə”sini almaq ehtimalı bir qədər də yüksəlir. Yeganə problem onun “Şaxtyor”la müqaviləsidir ki, UEFA Ukraynadakı toqquşmalara görə futbolçuların və məşqçilərin müqavilələri bir tərəfli pozmasına icazə verib. Yəni hazırda hər şey Luçeskunun öz istəyindən asılıdır. Amma unutmayaq ki, Luçesku bugünlərdə Moskva “Spartak”ının 2.5 milyonluq təklifinə “yox” deyib. Belədə “sarı-qırmızılılar”ın rəhbərliyi baş məşqçi postunu Luçeskuya etibar etmək istəyirsə, ən azı 4 milyon əməkhaqqı ödəməyə razı olmalıdır. Onda “bizim maddi imkanlarımız Mançininin tələblərinin ödəyəcək səviyyədə deyil” – deyən Ünal Aysalın Luçeskuya bu məbləği ödəməyə razı olub-olmayacağı böyük maraq doğurur. Amma bir də gördünüz, Luçesku lap 2 milyon avroya da razılaşdı. Axı bura Şərqdir və burada mümkünsüz heç nə yoxdur. Və yoldaş Suxovun dediyi kimi, Şərq – incə məsələdir!

P.S. Yəqin ki, siz də fikir verdiniz, Mançini və Mustafa Dənizlinin klubdan göndərilməsi təxminən eyni ssenari üzrə oldu. İkisi də istefasından bir gün öncə “getməyəcəm” – demişdi.
Tutaq ki, bizdə belə şeylərə hər addımbaşı rast gəlindiyindən, bu cür hadisələrə qarşı immunitetimiz yaranıb. Bəs sizə nə olub?

Ürfan Məmmədzadə

Son yazılar

To Top