"Bilirdim ki, "Qarabağ" keçidimdə çoxdan maraqlı idi. Qurban Qurbanovla bu barədə söhbətimiz olmuşdu. Məni komandasında görmək istədiyini bildirmişdi".
Korner.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın yeni transferi Bədavi Hüseynov klubun rəsmi saytına açıqlamasında deyib.
Hüseynov "Qarabağ"da onu güclü rəqabətin gözlədiyini bildirib: "Qarabağ" Azərbaycanın ən güclü klublarından biridir. Daim yüksək yerlər uğrunda mübarizə aparır.
Bilirəm ki, burda məni güclü rəqabət gözləyir. `Qarabağ`ın müdafiə xətti olduqca güclüdür. Milli futbolçulardan qurulub. Amma mən də hara gəldiyimi yaxşı bilirəm. Öz üzərimdə daim çalışıb şansımı gözləyəcəm.`
